ƏLİ HƏSƏNOV XƏYANƏTKARDIR, YOXSA SATQIN? BƏLKƏ… CANİ?

02.01.2020 Off By admin

II Məqalə

Xatırlatmaq yerinə düşər ki, mən Universitetin sonuncu kursunda oxuyarkən “Bakı”-“Baku” qəzetlərində ştatdankənar müxbir kimi çalışırdım. Həmin dövrdə jurnalist Emin Quliyev tərəfindən yeni açılan “7 Gün” qəzetinə dəvət olundum və qəzet bir neçə sayından sonra populyarlığı, oxunaqlığı ilə kütləvi oxucu rəğbəti qazandı. Həmin dövrdə ölkədə yaranmış anarxiya, xaos müxtəlif cəbhələrə işləyənlər üçün fürsətə çevrilmişdi. Ölkənin bir tərəfində separatizm ocaqları, digər tərəfində erməni faşistlərinin torpaqlarımıza basqını və bunun nəticəsində blokada şəraitində köməksiz vəziyyətdə qalmış Naxçıvan Muxtar Respublikası. Batabatda erməni terrorçular tərəfindən gülləbəran edilmiş Teleqüllənin zədələnməsi sayəsində demək olar ki, Naxçıvandan heç bir məlumat yox idi. Jurnalistlərin Naxçıvana gedişi də çətinləşmişdi. Belə olan vəziyyətdə mən baş redaktor Emin Quliyevdən Naxçıvana ezam olunmağımı xahiş etdim…

Naxçıvana çətinliklə gələ bilsəm də, orada rahatlıqla qarşılanıb mənə yaradılan şəraitdən razı qalmışdım. Təəccüblüsü bu idi ki, yerli camaat həmin vaxtlarda Azərbaycan hakimiyyətinin Naxşıvana biganə münasibətinə bərk qəzəblənmişdi. Qarşılaşdığım ən mühüm hadisə isə insanların Naxşıvan Ali Sovetinin qarşısına toplaşaraq Naxşıvana rəhbərliyin Heydər Əliyevə həvalə olunmasını tələb etmələri idi. Bu, Bakıda eşitdiklərimizin və həmin dövrdə Azərbaycan Televiziyasının, rəsmi mətbuatın guya naxçıvanlıların Heydər Əliyevin rəhbərliyinə etiraz etmələrinə aid verdiyi xəbərin tam ziddinəydi.

Heydər Əliyevlə də görüşmək, müsahibə almaq və mərkəzi mətbuatda həmin vaxtlarda dərc etmək böyük hünər tələb edirdi…

Naxşıvan Ali Sovetindən öncə Naxçıvanda Baş nazir Becan Fərzəliyevlə görüşdüm, ümumi vəziyyətlə tanışlıqdan sonra Naxçıvan  Ali Sovetinin binasına gəlib orada gedən sessiyada iştirak etdim, Ali Sovetin sədri Heydər Əliyevin ümumən respublikadakı  vəziyyəti təhlil etməsi, Muxtar Respublikanın ağır bir durumda ikən məmurlara ciddi tapşırıqlar verməsi, insanları dinləyərək çətinliklərinin həllinə köməklik göstərməsi məni həqiqətən heyrətə gətirmişdi, onun haqqında oxuduqlarım və eşitdiklərim indi əyani şəkildə göz qabağındaydı. Həmin vaxtlar Heydər Əliyevin yanında Vasif Talıbovu, Bəylər Eyyubovu, Rəşid Həsənovu, Şəmsəddin Xanbabayevi, Bakıdan gəlmiş akademik Fərəməz Maqsudovu, Cəlal Əliyevi görmüşdüm. Bir də Heydər Əliyevin tapşırığı ilə mənə Batabatdakı Teleqülləyə getməkdə  bələdçilik edən məhşur naxçıvanlı Fidel Kastro kimi tanınan Vahid Rüstəmovu.  Əli Həsənov nəinki orada deyildi, heç onun varlığını belə bilən yox idi…

1991-ci ilin sentyabrında Naxçıvanda, Batabatda baş verənləri görüb Heydər Əliyevlə olan geniş müsahibəmi “7 Gün” qəzetinin 3 sayında dərc etdim, əlbəttə baş redaktor Emin Quliyevin kəskin müdaxiləsiylə. Bakıda və doğulduğum Lənkəranda insanlar mənə həmin yazılara, Heydər Əliyevlə olan müsahibəmə görə minnətdarlığını bildirir, yeni və ətraflı informasiyaya görə təşəkkür edirdilər.

1993-cü il Gəncə hadisələri və ölkədəki vəziyyətdən sonra xalqın tələbi və Gəncə qiyamşısı Surət Hüseynovun qorxusundan  ölkənin “cəbhəçi” iqtidarının təkidilə Bakıya gələn Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. Baxın, adı min cür hoqqalarda sadalanan Əli Həsənov yenə də komandada yoxuydu. Mətbuat Azərbaycanda sabitliyin əldə edilməsinə, I Qarabağ savaşında atəşkəsə nail olmuş Heydər Əliyevin arxasındaydı, burada da Əli Həsənov yox idi, indi mətbuatdan oxuyuruq ki, kimlərinsə xahişiylə o dövrlər Heydər Əliyevə yaxın olan YAP-çılardan biri – Əli Nağıyev Əli Həsənovun Prezident Aparatına gətirilməsinin xahişini edibmiş. Elə həmin vaxtdan da Azərbaycan Mətbuatının qara günləri başladı. Azərbaycan hakimiyyətinə soxularaq rəhbərliklə mətbuat arasında uçurum yaratmağa çalışan  Əli Həsənov özüylə bərabər arvadı Sona Vəliyevanı da az qala ölkənin birinci xanımı səviyyəsinə qaldırmışdı. Getdikcə iddialar böyüyür, tamah güc gəlir, əldəki səlahiyyətlərdən istifadə edərək ər-arvad bu millətin  çox sayda övladını həbsxanalara atdırmağa başladılar…

Bir tərəfdən əliyevləri və hazırki iqtidarı Ermənistan xəfiyyə orqanları tərəfindən verilən ianəylə gözdən salmağa çalışan ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, digər tərəfdən özünü ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, I Vitse-prezident Mehriban xanım Əliyevaya oxşadaraq onu hörmətdən salmağa çalışan Əli Nəsənovun arvadı, “Kaspi” qəzetinin baş redaktoru, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva!

Bəs bunların əməlləri nədən ibarətdir? Bu haqda davam edəcək yazılarımızda!

Füzuli Əfqanoğlu, “Hakimiyyət” qəzetinin baş redaktoru

 

 

Xəbəri paylaş: