Əqli Mülkiyyət Agentliyinin proqram təminatından lisenziyasız istifadəyə qarşı mübarizədə fəaliyyəti qiymətləndirilib

12.02.2020 Off By admin

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində ABŞ-ın “Oracle Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İdarə Heyətinin sədri Kamran İmanov dövlət başçısı tərəfindən aparılan iqtisadi islahatlar və ölkəmizdə əqli mülkiyyət sahəsində əldə edilmiş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

“Oracle Corporation” şirkətinin Rusiya Federasiyası və MDB ölkələri üzrə vitse-prezidenti Oleq Jukov, Qafqaz, Orta Asiya regionu üzrə direktor Dmitri Smirnov və şirkətin Azərbaycandakı texnologiya satışı üzrə nümayəndəsi Dilşod Maksudxanov qəbul üçün təşəkkürlərini bildirərək Bakıda keçirilmiş “Oracle Day–2020” tədbiri haqqında məlumat veriblər. Belə tədbirlərin keçirilməsinin yerli istehlakçı şirkətlərlə əlaqələrin qurulmasında müsbət təsiri olduğunu vurğulayıblar.

Görüş zamanı “Oracle Corporation” şirkətinin istehsalı olan proqram təminatlarından lisenziyasız istifadə ilə mübarizə istiqamətində Agentliyin gördüyü işlər yüksək qiymətləndirilib və növbəti mərhələlərdə birgə addımlar atılmasının vacibliyi qeyd olunub.

Xəbəri paylaş: