Ərdoğan İran və İraq prezidentləri ilə bölgədəki vəziyyəti müzakirə edib

05.01.2020 Off By admin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və İraq prezidentləri Həsən Ruhani və Berham Saleh ilə telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbədən bildiriblər.

Məlumata əsasən, danışıqlar zamanı tərəflər bölgədəki son hadisələri, habelə ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Xəbəri paylaş: