Qafar Cəbiyevin “SÖZDƏ SƏDAQƏT, ƏMƏLDƏ XƏYANƏT- Əli Həsənov haqqında ŞOK faktlar” məqaləsinə ƏLAVƏLƏRİM!

Qafar Cəbiyevin “SÖZDƏ SƏDAQƏT, ƏMƏLDƏ XƏYANƏT- Əli Həsənov haqqında ŞOK faktlar” məqaləsinə ƏLAVƏLƏRİM!

23:39 02.05.2020

Həmkarımız professor, Əməkdar jurnalist Qafar Cəbiyevin “SÖZDƏ SƏDAQƏT, ƏMƏLDƏ XƏYANƏT – Əli Həsənov haqqında ŞOK faktlar” məqaləsinə ƏLAVƏLƏRİM!

Hörmətli həmkar Qafar Cəbiyev! Əli Həsənovun sifarişi ilə baş prokuror Zakir Qaralovun mənim başıma gətirdiyi oyunlardan yəqin ki, çoxlarının xəbəri var. Əli Həsənov prezident aparatına gələn kimi ilk hədəfi mən oldum. Çünki onun və Ramiz Mehdiyevin oyunları barədə mən “Hakimiyyət” qəzetində yazılar dərc edirdim. 1999-cu ildə məni otağına çağırtdırıb üzümə dedi ki, “sən nə düşmüsən bunların dalınca(nəzərdə akademik Cəlal Əliyevi, prezitentin mətbuat xidmətinin rəis əvəzi Səlahəddin Quliyevi, mətbuat xidmətinin məsul işçisi Loğman Rəşidzadəni tuturdu- F. Əfqanoğlu), ağlını başına yığ və mənim yanımda ol.” Bildirdim ki, Əli müəllim, mən elə sizin yanınızdayam, bilirsiniz ki, 1991-ci ildə mən “7Gün” qəzetində işləyərkən Naxçıvanda olmuşam, Heydər Əliyevlə görüşüb geniş söhbət eləmişəm, həmin dövrdə ondan ilk müsahibə alan jurnalistlərdənəm, onun ideologiyasına sadiqəm və mənim “El qəzeti”nin, sonra da “Hakimiyyət” qəzetinin baş redaktoru olmağımda akademik Cəlal Əliyevin də böyük köməyi olub. O, isə mənə bildirdi ki, “sən Cəlal Əliyevə çox da güvənmə, onun ipi yığılmaq üzrədi, Heydər Əliyev ona artıq hər şeyi qadağan edib…” Mən həmin vaxtdan Əli Həsənovun oynadığı riyakar oyunlarının şahidinə və qurbanına çevrilməyə başladım. Anladım ki, bu çox qorxulu və təhlükəli adamdır. Qardaşları biri-birinə vurub öz oyunlarını quran, Rəsul Quliyevin yaxınlarını mətbuatda yüksək mərtəbələrə yerləşdirən, Rəsul Quliyevin hakimiyyətə qayıdışını təmin etməyə səfərbər olan Əli Həsənov haqqında hələ xalqımızın və ölkə rəhbərinin bilmədiyi çox məsələlər gizlədilir.Yəqin ki, tədricən aşkarlanacaq.

Füzuli Əfqanoğlu,

“Hakimiyyət” qəzetinin Baş redaktoru, “Qızıl Qələm” Mükafatının laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbəri paylaş: