Bundesliqa iki darmadağın, bir sensasiya ilə bərpa olunub

Bundesliqa iki darmadağın, bir sensasiya ilə bərpa olunub

22:30 16.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Almaniya Bundesliqasında XXVI turun ilk oyun günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən yaranan fasilədən sonrakı ilk günün son matçı Frankfurtda baş tutub.

Tamaşaçılarsız keçirilən qarşılaşmada “Ayntraxt” Mönhenqladbax “Borussiya”sını qəbul edib. Mükafatlar uğrunda mübarizə aparan qonaqlar səfərdən üç xalla ayrılıb.

Daha öncə turun daha 5 qarşılaşması keçirilib. “Auqsburq” “Volfsburq”a 1:2, “Hoffenhaym” “Herta”ya 0:3 hesabı ilə uduzub. Dortmund “Borussiya”sı “Şalke”nin qapısından 4 cavabsız top keçirib. “Fortuna” – “Paderborn” (0:0) və “Leypsiq” – “Frayburq” (1:1) matçlarında qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur
16 may
20:30. “Ayntraxt” – “Borussiya” M – 1:3

Silva, 81 – Plea, 1, Türam, 8, Bensebeyni, 73

1. Bavariya 25 17 4 4 73:26 55
2. Borussiya D 26 16 6 4 72:33 54
3. Borussiya M 26 16 4 6 52:31 52
4. Leypsiq 26 14 9 3 63:27 51
5. Bayer 25 14 5 6 45:30 47
6. Volfsburq 26 10 9 7 36:31 39
7. Frayburq 26 10 7 9 35:36 37
8. Şalke 26 9 10 7 33:40 37
9. Hoffenhaym 26 10 5 11 35:46 35
10. Köln 25 10 2 13 39:45 32
11. Herta 26 8 7 11 35:48 31
12. Union 25 9 3 13 32:41 30
13. Ayntraxt 25 8 4 13 39:44 28
14. Auqsburq 26 7 6 13 37:54 27
15. Mayns 25 8 2 15 34:53 26
16. Fortuna 26 5 8 13 27:50 23
17. Verder 24 4 6 14 27:55 18
18. Paderborn 26 4 5 17 30:54 17

***

Saat. 19:33

Koronavirus üzündən dayandırılmış Almaniya Bundesliqası bərpa olunub.

Apasport.az saytının məlumatına görə, çempionatı dayanmayan Belarusu nəzərə almasaq, yaşıl meydanlara qayıdan ilk ölkə olan Almaniyada XXVI tur başlayıb.

İlk oyun günündə 6 qarşılaşma nəzərdə tutulub. Bunlardan beşi artıq başa çatıb.

Fasilədən sonra ilk qolu Dortmund “Borussiya”sının ulduzu Erlinq Holand vurub. Onun komandası “Şalke”ni darmadağın edib. “Herta” isə səfərdə “Hoffenhaym”ı böyük hesabla yenib.

Günün sensasiyası Leypsiqdə qeydə alınıb. Şəhərin eyniadlı komandası “Frayburq”la matçda xal itirib.

Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur
16 may
17:30. “Auqsburq” – “Volfsburq” – 1:2

Yedvay, 54 – Steffen, 43, Qinzek, 90
17:30. “Borussiya” D – “Şalke” – 4:0
Holand, 29, Qerreyro, 45, 63, Azar, 49
17:30. “Fortuna” – “Paderborn” – 0:0
17:30. “Hoffenhaym” – “Herta” – 0:3

Akpoquma, 58 (avtoqol), İbişeviç, 60, Kunya 74
17:30. “Leypsiq” – “Frayburq” – 1:1
Poulsen, 76 – Qulde, 34

Xəbəri paylaş: