Eldar Əzizov: “İnanmırlar, belə oyun olar?”

Eldar Əzizov: “İnanmırlar, belə oyun olar?”

23:06 18.05.2020
“Mənə deyirdilər ki, küçədə gəzən bəzi insanlar koronavirusun mövcudluğuna inanmır”.
 Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O, təəssüflə bildirib ki, bunu deyənlər arasında savadlı insanlar da var:
“Mən son iki gün ərzində Bakının bütün rayon icra başçıları ilə birgə maarifləndirmə tədbirləri keçirmək üçün küçəbəküçə gəzirik. Çox təəssüf ki, bəzi insanlar mənə də koronavirus xəstəliyinin mövcudluğuna inamadıqlarını deyirlər. Onlar bunu “oyun” adlandırırlar. Amma bu necə “oyun”dur ki, bütün dünyada sərhədlər bağlanıb, insanlar evdən çölə çıxmır, bu xəstəlikdən milyonlarla insan xəstəxanaya yerləşdirilir, dünyasın dəyişir.  Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”

Xəbəri paylaş: