Qazax rayonuna dolu düşüb

Qazax rayonuna dolu düşüb

22:23 22.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Qazax rayonunun bəzi kəndlərində dolu yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, mayın 22-də saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Xəbəri paylaş: