Naxçıvandan Bakıya uçuşlar bərpa edilən zaman müəyyən qaydalar tətbiq olunacaq

Naxçıvandan Bakıya uçuşlar bərpa edilən zaman müəyyən qaydalar tətbiq olunacaq

22:54 22.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

“Naxçıvandan Bakıya uçuşlar bərpa edilən zaman müəyyən qaydalar tətbiq olunacaq”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, Naxçıvandan gələnlərə karantin rejiminin tətbiq olunması ilə bağlı hələ ki, bir rəy yoxdur : “Gələcək günlərdə bu qaydalar açıqlanacaq”.

“Bu qaydalar istər təyyarənin içərisində təyyarə ekipajı, istərsə hava limanında çalışanlar və sərnişinlər üçün nəzərdə tutulur. İstər Naxçıvandan, istərsə də ölkə xaricindən gələn həmvətənlərimizin hansı qaydada qəbul ediləcəyi qarşıdakı günlərdə açıqlanacaq, – deyə o vurğulayıb.

Xəbəri paylaş: