Azərbaycanlıların yaşadığı Bolnisidə sərt karantin rejimi götürülüb

Azərbaycanlıların yaşadığı Bolnisidə sərt karantin rejimi götürülüb

0:32 23.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda sərt karantin rejimi ləğv edilib.

APA-nın yerli bürosu xəbər verir ki, 61 gündür tətbiq edilən sərt karantin rejimi Gürcüstan hökumətinin qərarı ilə dayandırılıb.

Qərara əsasən, mayın 23-dən etibarən rayon ərazisinə giriş-çıxış sərbəst şəkildə mümkün olacaq. Karantin rejiminin ləğv edilməsi ilə əlaqədar olaraq rayonun giriş-çıxış nöqtələrində Gürcüstan Müdafiə Nazirliyinin (MN) və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətindəki xüsusi buraxlış məntəqələri ləğv edilib, ərazidəki çadırlar və yardımçı vasitələr götürülüb. Bununla belə, yoluxma hallarının çox olması səbəbi ilə rayonun Geta (Aşağı Güləver) və Muşevani (Dəllər) kəndlərində sərt karantin rejimi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bolnisi rayonunda sərt karantin rejiminin tətbiqinə martın 23-də başlanılıb. 2 aylıq karantin dövründə rayonda yeni növ koronavirusa 160 yoluxma halı təsdiqlənib. Yoluxanlardan 74 nəfərin sağaldığı, 3 nəfərin isə vəfat etdiyi bildirilir.

Xəbəri paylaş: