“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”lə bağlı videoçarx hazırlanıb

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”lə bağlı videoçarx hazırlanıb

11:48 23.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan “Metodiki göstərişlər”lə bağlı daha yaxından tanış olması üçün TƏBİB və Baku Media Center animasiya şəklində videoçarxlar hazırlayıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, bu videoçarxlardan biri də “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanmış videoçarxdır. 

Videoçarxda bildirilir ki, çox sadə gigiyenik qaydalara riayət etməklə, özümüzü və sevdiklərimizin sağlamlığını qoruya bilərik. 

Xəbəri paylaş: