Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 38,8 mln. ton yük daşınıb

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 38,8 mln. ton yük daşınıb

12:45 23.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 38,8 mln. ton yük, 457,3 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişindaşımalarda müvafiq olaraq 8,7% və 16,8% azalma qeydə alınıb.

Məlumata əsasən, sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

“Hesabat dövrü yük dövriyyəsi 8,6%, sərnişin dövriyyəsi isə 16,8% azalıb”, – məlumatda qeyd edilir.

Xəbəri paylaş: