Bakıda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

Bakıda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

2:54 30.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəzanın bəzi detalları məlum olub. 

Rayonun 8-ci kilometr qəsəbəsində, “Kainat” restoranının yaxınlığında 1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən yolu keçmək istəyib.

Bu zaman hərəkətdə olan “BMW” markalı avtomobil onu vurub. 

Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılan Ü.Aslanlı daha sonra özəl xəstəxanaların birinə aparılıb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

***

00:11

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə “8-ci kilometr” bazarının qarşısında qeydə alınıb.

1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.  

Sürücü hadisə yerindən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkimlərinin APA-ya verdiyi məlumata görə, yaralının vəziyyəti stabil-ağırdır.

 

Xəbəri paylaş: