Bakıda taxta bazarında baş verən yanğın söndürülüb – FOTO

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb – FOTO

3:48 30.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən APA-ya verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

02:12

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən taxta bazarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən APA-ya verilən məlumata görə, hadisə  Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

 

Xəbəri paylaş: