İtaliyada son sutkada koronavirusdan 87 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 87 nəfər ölüb

4:31 30.05.2020

“Hakimiyyet.com” xəbər verir ki,

 

İtaliyada son sutkada COVID-19 epidemiyasından ölənlərin sayı 87, yoluxanların sayı 516 nəfər olub. 

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, hazırda ölkə üzrə ölənlərin sayı 33 229-a çatıb. Yoluxanların ümumi sayı isə 232 248-ə bərabərdir. 

Son 24 saat ərzində 475 nəfər reanimasiyaya yerləşdirilib. 

Qeyd edək ki, İtaliya koronavirusdan ölənlərin sayına görə, ABŞ və Britaniyadan sonra dünyada üçüncü,  yoluxma hallarına görə isə altıncı ölkədir.

 

Xəbəri paylaş: