Cəlilabadda qohumlar arasında kütləvi dava- XƏSARƏT alan var

Cəlilabadda qohumlar arasında kütləvi dava- XƏSARƏT alan var

23:43 26.06.2020

Cəlilabad rayonunun Alar kəndində qohumlar arasında kütləvi dava baş verib. Alar kənd sakini, 1975-ci il təvəllüdlü Quliyev Zaur Aşur oğlu insident zamanı öz qohumları və qonşuları tərəfindən döyülüb. Ağır xəsarətlər almış Zaur Quliyev ailə üzvləri tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.

Zaur Quliyevin yaxınlarının sözlərinə görə qohumlar arasında münasibətlər bir neçə müddətdir ki, pisləşib. Dava-dalaşın səbəbi  verilən məlumata görə qonşu münasibətlərinin pozulması səbəbindən baş verib.

Xəstəxanadan “Hakimiyyət” qəzetinin və Hakimiyyet.com-un əməkdaşına verilən  məlumata görə xəstənin durumu ağır hesab edilir və ağır xəsarətlərlə xəstaxanaya daxil olan xəstə kompüter tomoqrafiyası olunaraq sol gicgah sümüyünün sınığı aşkarlanıb və epileptik cəngolma müşahidə olunur. Hazırda xəstənin vəziyyəti ağır hesab olunur və həkim nəzarətindədir. Faktla bağlı Cəlilabad Rayon Polis İdarəsinin hadisəni araşdıran müstəntiqi Elvin Süleymanov Hakimiyyet.com-a bildirib ki, hadisəylə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə iyunun 19-da baş verib.

 

Rəşad Əkbəroğlu,

“Hakimiyyət” qəzetinin bölgə üzrə xüsusi müxbiri

Xəbəri paylaş: