Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

16:30 30.06.2020

Əziz Prezidentimiz.

Mən uşaqlıqdan Heydər babaya, Zərifə xanıma və ümumiyytlə Sizin ailəyə böyük sevgi bəsləmişəm. Bu məktubumda bunun ilk olaraq haradan qaynaqlandığını qısaca demək istəyirəm.

Mənim rəhmətlik Xanım nənəmin gözünü vaxtilə Zərifə xanım əməliyyat etmişdir, özü də təmənnasız. Əməliyyat səhv etmirəmsə, 1983-cü ildə olmuşdur. Onda mən Rusiyada yenicə dünyaya gəlmiş idim. Xanım nənəm bunu mənə 1-ci sinifdə oxuduğum zamanlarda danışmışdı. Həmişə bu hadisəni böyük sevgi ilə xatırlayardı. Danışardı ki, o, bir nurlu həkimin qəbuluna getmişdir. Həkim onu müayinə etdikdən sonra gözünü əməliyyat edəcəyini deyir və bunu uğurla edir.

Bax, xalqının övladına bu cür təmənnasız qayğı göstərən nurlu Ananı necə sevməyəsən? Məzarı daim nurla dolsun.

Uşaqlıqdan Sizin ailəyə olan bu sevgini ömrüm boyu ürəyimdə daşıyacağam.

Allah valideynlərinizə qəni-qəni rəhmət etsin, cənab Prezident. Onlar Azərbaycana Sizin kimi oğul bəxş ediblər.

Hörmətlə,

Zeynalova Aysel Hidayət qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

Xəbəri paylaş: