“McLaren” komandası maliyyə problemini həll edib

“McLaren” komandası maliyyə problemini həll edib

13:39 30.06.2020

“McLaren Group” konserni pandemiya səbəbindən yaranmış maliyyə problemini həll edib.

AZƏRTAC xəbər verir ki, İngiltərə şirkətinin rəhbəri Zak Braun mətbuata açıqlamasında problemləri həll etdiklərini açıqlayıb.

Formula 1 üzrə dünya çempionatında çıxış edən “McLaren” komandasının aid olduğu konsern Bəhreyn Milli Bankından (BAB) 150 milyon funt məbləğində kredit alıb.

Qeyd edək ki, BAB-ın səhmlərinin 49 faizi “Mumtalakat Holding Company” Fonduna məxsusdur. Fond isə “McLaren Group”un səhmlərinin 56 faizinə sahibdir.

Xəbəri paylaş: