Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

14:59 30.06.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində sərt karantin rejimi iyulun 6-da ləğv ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.  

Qeyd edək ki, 750 nəfər əhalisi olan kənddə bu vaxtadək 80-dən çox yoluxma halı müəyyən edilib.

Xəbəri paylaş: