Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa humanitar yardım göndərib

Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa humanitar yardım göndərib

15:17 30.06.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirusla qlobal mübarizə çərçivəsində Azərbaycan İraqa humanitar yardım göndərib. 

APA-nın xəbərinə görə, bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əl-Sahaf bildirib.

Onun sözlərinə görə, Azərbaycandan profilaktiki tibb ləvazimatlardan ibarət 25 ton humanitar yardım İraqa göndərilib.

“İraq dünyanın üzləşdiyi bu böhran zamanı Azərbaycana göndərdiyi humanitar yardım üçün təşəkkür edir”, – deyə XİN sözçüsü qeyd edib. 

Xəbəri paylaş: