“Azərişıq” təmassız ödənişlərlə bağlı sistemi yaxın vaxtlarda istifadəyə verəcək

“Azərişıq” təmassız ödənişlərlə bağlı sistemi yaxın vaxtlarda istifadəyə verəcək

16:12 30.06.2020

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərişıq” ASC elektrik enerjisinin ödənişində təmassız texnologiyaların tətbiqini nəzərdən keçirir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, müəssisə yeni texnologiyaların tətbiqində maraqlıdır və yaxın vaxtlarda təmassız ödənişlərlə bağlı sistem istifadəyə veriləcək: “Ödənişi aparmaq üçün kartı sayğaca yaxınlaşdırmaq kifayət edəcək. Yəni artıq yeni nəsil sayğaclarda kartı kart yuvasına daxil etməyə ehtiyac qalmayacaq. Belə olan təqdirdə, əgər sayğacın funksionalı dəyişirsə, birmənalı olaraq kartlar da dəyişdirilməlidir”.

Xəbəri paylaş: