Pakistan vətəndaşları Azərbaycandan təxliyə olunub

Pakistan vətəndaşları Azərbaycandan təxliyə olunub

16:24 30.06.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Pakistan vətəndaşları Azərbaycandan təxliyə olunub.

APA-nın xəbərinə görə, Pakistanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, Azərbaycanda qalan 159 Pakistan vətəndaşı Pakistan Beynəlxalq Hava Yollarına (PIA) məxsus təyyarə ilə İslamabada yola salınıb. 

“Təxliyə olunan pakistanlıların əksəriyyəti qısamüddətli vizalarla Azərbaycana gələn və COVID-19 pandemiyasının ardından bütün beynəlxalq uçuşların dayandırılması səbəbindən Pakistana geri dönə bilməyən turistlər və iş adamlarıdır”, – deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, təxliyə olunan pakistanlılar üçün Azərbaycana gələn təyyarədə 12 Azərbaycan vətəndaşı da Bakıya gətirilib.

Qeyd edək ki, bir müddət bundan öncə daha bir qrup Pakistan vətəndaşı ölkələrinə yola salınıb.

Xəbəri paylaş: