Ötən ay qeyri-neft sektoru üzrə ixrac 172,6 milyon dollar olub

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 172,6 milyon dollar olub

15:05 30.06.2020

Bakı, 30 iyun, AZƏRTAC

Mayda qeyri-neft sektoru üzrə ixrac 172,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz azdır.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, may ayında qeyri-neft-qaz məhsulları ən çox məhsul Rusiyaya (84,8 milyon dollar), İsveçrəyə (23 milyon dollar), Türkiyəyə (22,2 milyon dollar), Gürcüstana (11,7 milyon dollar) və Çinə (5,4 milyon dollar) ixrac edilib.

Bu ilin mayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor 49,7 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 21 milyon dollar) ikinci, kartof (19,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: