Azərbaycan İraqa humanitar yardım göndərib

Azərbaycan İraqa humanitar yardım göndərib

18:19 30.06.2020

Bağdad, 30 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərini əsas tutaraq koronavirusa qarşı mübarizə üçün İraqa humanitar yardım göstərilməsi barədə tapşırıq verib.

İraqın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyunun 30-da 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardım Bağdada çatdırılıb.

Azərbaycanın “Silk Way Airlines” şirkəti tərəfindən çatdırılan humanitar yardımı ölkəmizin İraqdakı səfirliyinin əməkdaşları İraq tərəfinə təhvil veriblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Xəbəri paylaş: