“Chessable Masters” yarımfinal oyunlarının ilk matçları keçirilib

“Chessable Masters” yarımfinal oyunlarının ilk matçları keçirilib

3:30 01.07.2020

İyunun 30-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunlarının ilk matçları keçirilib.

AZƏRTAC xəbər verir ki, hollandiyalı Aniş Giri rusiyalı şahmatçı Yan Nepomnyaşini 3:1 hesabı ilə məğlub edib. Maqnus Karlsen isə tay-brekdə çinli Liren Dinq üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.

Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.

Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.

Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xəbəri paylaş: