İtaliya A Seriyası: “Yuventus” səfərdə “Genoya”nı məğlub edib

İtaliya A Seriyası: “Yuventus” səfərdə “Genoya”nı məğlub edib

6:50 01.07.2020

İyunun 30-da futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Genoya” klubu öz meydanında “Yuventus”u qəbul edib. Qarşılaşma Genuyanın “Luici Ferraris” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ikinci hissəsinin əvvəlində “Yuventus”un hücumçusu Paulo Dibala açıb. O, 50-ci dəqiqədə səhvsiz oynamaqla meydan sahiblərini məyus edib. Bundan 6 dəqiqə sonra digər hücumçu Kriştiano Ronaldo komandasının hesabdakı üstünlüyünü artırıb. Matçın 73-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Duqlas Kosta üçüncü qolu vurub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Andrea Pinamonti hesabdakı fərqi azaldıb. Lakin bu, ancaq təsəlli qolu olub.

“Yuventus” 72 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində birinci yer tutur. “Genoya” 26 xalla 17-ci yerdə qərarlaşıb.

 

Xəbəri paylaş: