Bakıda taksi sürücüsü sərnişinini qarət edib

Bakıda taksi sürücüsü sərnişinini qarət edib

9:18 01.07.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda taksi sürücüsü sərnişinini soyub.

APA-nın məlumatına görə, Binəqədi rayon Xocasən qəsəbəsində 1985-ci il təvəllüdlü R. Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbəri paylaş: