34 saylı Xətai üçüncü seçki dairəsinin 7 məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib

17.02.2020 Off By admin

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd edilib ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.

MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Bundan başqa, iclasda 51 saylı Qusar seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsinə qərar verilib.

Xəbəri paylaş: