ABŞ-ın 29 ştatında məhdudiyyətlər tezliklə götürüləcək

ABŞ-ın 29 ştatında məhdudiyyətlər tezliklə götürüləcək

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ-ın 29 ştatı koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətləri tez bir zamanda götürə biləcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

Buna qədər Tramp ölkədə mərhələli şəkildə karantinin götürülməsinə dair plan təqdim edib.

“Düşünürəm ki, qaydalar 29 ştatda var. Onlar bu dəqiqə sərhədləri aça bilməsələr də, düşünürəm ki, tezliklə bunu edə biləcəklər. Digərlərin vəziyyət yaxşılaşır. Nyu-York və Nyu-Cersi çətin zamanlarını yaşayır, ancaq orada da hər şey yaxşı olacaq”, – deyə Tramp bildirib.

Xəbəri paylaş: