“Airbus”un səhmləri tarixi rekord vurub

22.01.2020 Off By admin

Fransanın “Airbus” şirkətinin səhmləri bazarda əsas rəqibi olan “Boeing” korporasiyasının təyyarələrinin yeni sifarişlərinin həcminin enməsindən sonra tarixi rekord vurub.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, “Airbus”un səhmləri 1,85% artaraq 138,9 dollara çatıb. Bundan əlavə, şirkətin səhmlərinin belə artmasının digər səbəbi kimi, “Boeing”in “737 MAX” təyyarə proqramını dayandırması qərarı və bu ilin ortasından daha tez buraxılması göstərilir.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə, keçən ilin mart ayında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə “Boeing”in “737 MAX” təyyarələrinin uçuşları dayandırılıb. Bu hadisələr “Boeing” təyyarələrinə olan tələbin aşağı düşməsinin başlıca səbəbi kimi göstərilir.

Xəbəri paylaş: