Ali məktəblərə növbədənkənar qəbul hüququ verən beynəlxalq müsabiqələrin sayı azaldılıb

Ali məktəblərə növbədənkənar qəbul hüququ verən beynəlxalq müsabiqələrin sayı azaldılıb

31.07.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ləğv edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblərin estrada sənəti, xalq çalğı alətləri ifaçılığı və instrumental ifaçılıq (simli və nəfəs alətləri) ixtisaslarına müsabiqədənkənar qəbul hüququ olub.

Eyni zamanda Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan) və Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin isə rəqs müəllimliyi ixtisasına müsabiqədənkənar qəbulu hüququ ləğv olunub. Bu beynəlxalq müsabiqələrin qaliblərinin xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasa müsabiqədənkənar qəbul hüquq var.

Xəbəri paylaş: