Almaniyada azərbaycanlı şikayət etdi: Erməni avtobusdan düşürüldü

07.01.2020 Off By admin

Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb.

Report xəbər verir ki, buna səbəb onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub.

Belə ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra erməni terrorçu, Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinib.

Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib.

Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib.

Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib.

Xəbəri paylaş: