Almaniyada pirotexnika qanunla ciddi tənzimlənir

01.01.2020 Off By admin

Hesablanmışdır ki, almanlar hər il bayram pirotexnikasına 130 milyon avrodan çox pul xərcləyirlər. Amma qanunvericilik bu məsələdə hərc-mərcliyi istisna edir və fişəngləri harada, nə vaxt və necə partlatmaq olmasını ciddi tənzimləyir. Almaniyada səmanın fişənglərlə fərdi qaydada işıqlandırılmasına yalnız Yeni il gecəsində icazə verilir. Bu təlimata riayət etməyənləri 10 min avroya qədər cərimə gözləyir.

Bayram pirotexnikasını açıq satışda cəmi bir neçə gün ərzində – 2019-cu ildə Yeni il üçün dekabrın 28-dən 31-dək almaq olar.

Xəstəxanaların və qocalar üçün evlərin yaxınlığında, həmçinin təbiəti mühafizə zonalarında fişəng buraxmaq olmaz. Bundan başqa, şəhərlərin çoxunda ayrı-ayrı rayonlar pirotexnika üçün bağlı elan edilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri paylaş: