Altı şahmatçımız “Praqa Open 2020”də iştirak edir

10.01.2020 Off By admin

Çexiyada start götürən şahmat üzrə “Praqa Open 2020”də Azərbaycanı 6 idmançı təmsil edir.

AZƏRTAC xəbər verir ki, turnirin A qrupunda şahmatçılarımız Rəvan Əliyev, Eldar Musayev, Fərid Məmmədov, Xalid Atababayev, Kənan Hacıyev mübarizə aparırlar. Təmsilçimiz Nihad Mustafayev isə B qrupunda gücünü sınayır.

Doqquz turdan ibarət olan yarışların A qrupunda 154, B qrupunda 126 şahmatçı mübarizə aparır.

Xəbəri paylaş: