Amerika fond bazarının əsas indeks göstəriciləri tarixi maksimuma yüksəlib

27.12.2019 Off By admin

Dekabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,37% – 28 621,39 bəndədək, S&P 500 indeksi 0,51% – 3 239,91 bəndədək, Nasdaq isə 0,78% – 9 022,39 bəndədək yüksəlib. Bu göstəricilər hər üç indeks üzrə yeni tarixi maksimum sayılır.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 25-26-da ticarət keçirilməyib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,23% artaraq 1 517,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,23% artaraq 1,1121 dollar təşkil edib.

Xəbəri paylaş: