Araz Abdullayev “Boluspor” komandası ilə müqavilə imzalayıb

Araz Abdullayev “Boluspor” komandası ilə müqavilə imzalayıb

16.09.2020

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Araz Abdullayev karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı futbolçunun Türkiyə I liqa təmsilçisi “Boluspor”a keçidi rəsmiləşib. O, Bolu təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, A.Abdullayev ötən mövsüm “Qarabağ”da 17 oyunda meydana çıxıb.

Xəbəri paylaş: