“Arsenal” Levin Kurzava ilə razılığa gəlib

“Arsenal” Levin Kurzava ilə razılığa gəlib

17.04.2020 Off By admin

İngiltərənin “Arsenal” klubu Fransanın “Paris Sen-Jermen” komandasının müdafiəçisi Levin Kurzava ilə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilib ki, Paris klubu ilə müqaviləsi 2020-ci ilin iyununda başa çatacaq 27 yaşlı müdafiəçi London təmsilçisinə azad agent kimi keçəcək. Onunla beşillik müqavilə imzalanacaq.

Xatırladaq ki, Kurzava 2015-ci ildən “Paris Sen-Jermen” klubunda çıxış edir.

Xəbəri paylaş: