Azərbaycan əhalisi nağd avro alışını ötən il 12%-dən çox azaldıb

31.01.2020 Off By admin

Ötən il Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 578 721,4 min avro təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 82 990,7 min avro və ya 12,5% azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, 2019-cu ilin dekabr ayında ölkə əhalisi tərəfindən 48 025,3 min avro alınıb. Bu, həmin ilin noyabr ayına nisbətən 4 353,6 min avro və ya 10% çox, 2018-ci ilin dekabr ayına isə nisbətən isə 11 541,7 min avro və ya 31,6% çoxdur.

Bundan başqa, ötən il ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 217 814,8 min avro təşkil edib ki, bu da 2018-ci ilə nisbətən 84 686,5 min avro və ya 28% azdır.

Xəbəri paylaş: