Azərbaycan idmançıları fiqurlu konkisürmə üzrə Qran-Prinin Moskva mərhələsində iştirak edə bilərlər

Azərbaycan idmançıları fiqurlu konkisürmə üzrə Qran-Prinin Moskva mərhələsində iştirak edə bilərlər

16.09.2020

Rusiyada məşq edən Azərbaycan idmançıları fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının Moskva mərhələsində iştirak edə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) vitse-prezidenti Aleksandr Lakernik məlumat verib. O deyib ki, Rusiya ərazisində məşq edən Azərbaycan, Gürcüstan və Belarus idmançıları fiqurlu konkisürmə üzrə Qran-Prinin noyabrın 20-22-nə planlaşdırılan Moskva mərhələsində iştirak edə biləcəklər. A.Lakernikin sözlərinə görə, aviareyslər açılarsa, digər əcnəbi idmançıların da yarışlara qatılacaqları istisna deyil.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri paylaş: