Azərbaycan idmançısı Torun kuboku turnirinin konkisürmə yarışının qalibi olub

12.01.2020 Off By admin

Azərbaycan idmançısı Vladimir Litvintsev Polşada keçirilən Torun kuboku turnirində birinci yeri tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, idmançımız konkisürmə üzrə kişilərin fərdi yarışında ən yüksək nəticə göstərərək qalib adını qazanıb.

İdmançımız uğurlu çıxışı ilə hakimlərdən 145,99 xal alıb. Rusiyalı Mark Kondratyuk (135,9) ikinci, avstriyalı Brendan Kerri (131,39) isə üçüncü olublar.

Xəbəri paylaş: