Azərbaycan Premyer Liqası: “Səbail” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Səbail” qələbə qazanıb

26.09.2020

Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ikinci oyun gününün birinci qarşılaşmasında “Səbail” klubu “Sabah” komandasını qəbul edib.

“ASCO Arena”da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı qonaqlar açıb. Matçın 27-ci dəqiqəsində Ramil Şeydayev hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra “Səbail” geri dönüş edərək ardıcıl iki dəfə fərqlənməyə nail olub. Qolları müvafiq olaraq Əfran İsmayılov (56) və Rauf Əliyev (71) vurublar.

Xəbəri paylaş: