Azərbaycan Premyer Liqasında son on ilin bombardiri bəlli olub

04.01.2020 Off By admin

Azərbaycan Premyer Liqasında son 10 ilin bombardiri müəyyənləşib.

Apasport.az saytının hesablamasına görə, 2010-19-cu illərin ən məhsuldar futbolçuları siyahısına Rauf Əliyev başçılıq edir.

Bu müddətdə “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Keşlə”, “Xəzər Lənkəran” və “Bakı”da oynamış hücumçunun hesabında 49 qol var. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır.

Azərbaycanda yalnız “Qarabağ”da oynamış Reynaldo Silva ilə Riçard Almeyda eyni sayda – hərəyə 44 qol vurub. Braziliyalılar 2-ci pilləyə şərikdirlər.

Onları hərəyə 38 top vuran 4 futbolçu izləyir. Ayrı-ayrı illərdə Premyer Liqanın bombardiri olmuş Nikola Kanales, Bahodir Nasimov və Mahir Emreli ilə yanaşı, Ruslan Qurbanovun da hesabında eyni sayda qol var.

Baqali Dabo ilə Junior Nildo onlardan bir top geri qalır. İlk “onluğ”u 36 dəfə fərqlənən Baçana Sxadadze qapayır.

Ən yaxşı 10 bombardirdən yalnız ikisi – Raufla Mahir Azərbaycan futbolunun yetirməsidir. 8 legionerdən ikisi – Riçard Almeyda və Ruslan Qurbanov milliləşən legionerlərdir.

1. Rauf Əliyev 49
2-3. Reynaldo Silva 44
  Riçard Almeyda 44
4-7. Bahodir Nasimov 38
  Mahir Emreli 38
  Nikolas Kanales 38
  Ruslan Qurbanov 38
8-9. Baqali Dabo 37
  Junior Nildo 37
10. Baçana Sxadadze 36

Xəbəri paylaş: