Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

11.10.2020

Hörmətli cənab Prezident,

Sizə və Ordumuza bu haqq işinizdə uğurlar arzulayıram!

Bildirirəm ki, xalqımız Sizə inanır və arxanızdadır. Allahdan diləyirəm ki, yenilməz ordumuz üçrəngli bayrağımızı Xankəndidə və Şuşada dalğalandırsın. Birinci Qarabağ döyüşlərinin iştirakçısı kimi Sizə və xalqımıza tezliklə zəfər arzu edirəm.

Allah Sizi, Xalqımızı, Ordumuzu qorusun!

Hörmətlə,

Abdullayev Şakir Qurban oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Bəylər kəndi.

Xəbəri paylaş: