Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

31.07.2020

Hörmətli cənab Prezident.

Sizin qətiyyətli mövqeyinizlə ordumuzun qüdrətlənməsi sahəsində yeni bir mərhələ açıldı. “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, – deyən dövlət başçısının siyasi kursunda xalqın maddi rifahının daha da yaxşılaşdırılması və ölkənin hərbi qüdrətinin formalaşdırılması məqsədilə sürətli iqtisadi inkişaf strategiyası əsas yer tutdu.

Məhz iqtisadi inkişaf nəticəsində Azərbaycanda çox qısa zaman kəsiyində mühüm sosial layihələr həyata keçirildi və ölkəmiz regionda qüdrətli dövlətə çevrildi. Bunu qəbul etməyən mənfur düşmənlərimiz təxribata əl atdı. Bu təxribat nəticəsində verdiyimiz şəhidlərə görə Sizə və Mehriban xanıma, xalqımıza başsağlığı verirəm.

Mən könüllü olaraq döyüş gedən istiqamətdə ordu sıralarına qoşulmağa, Vətənimin müdafiəsində iştirak etməyə, son damla qanıma qədər vuruşmağa hazıram.

Hörmətlə,

Həsənov Rauf Güloğlan oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Şəhriyar kəndi. 

Xəbəri paylaş: