Azərbaycan və Moldova pandemiya haqqında fikir mübadiləsi aparıblar

Azərbaycan və Moldova pandemiya haqqında fikir mübadiləsi aparıblar

17.04.2020 Off By admin

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının bu ölkədəki səfiri Qudsi Osmanovla işçi görüş keçirib.

“hakimiyyət” qəzeti  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Moldova-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafına aid bir sıra məsələlər müzakirə edilib, bütün dünyanı bürümüş COVID-19 pandemiyası haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan rəhbərliyinin hərəkətlərini diqqətlə izlədiyini vurğulayan səfir Q.Osmanov COVID-19 virusuna qarşı mübarizədə respublika hökuməti tərəfindən görülən tədbirləri yüksək qiymətləndirib. Ölkəmizin diplomatik missiyasının rəhbəri bununla əlaqədar bildirib ki, bu çətin vaxtda Azərbaycan diasporu moldova xalqının yanındadır və Moldova Respublikasının Prezidenti tərəfindən başlanmış sosial layihələrin reallaşdırılmasında Moldova hökumətini dəstəkləməyə hazırdır.

İqor Dodon Azərbaycan tərəfini səmimiyyətinə və həmrəylinə görə təşəkkürünü bildirib. Dövlət başçısı vurğulayıb ki, bütün bəşəriyyətin qarşılaşdığı bu böhranın öhdəsindən yalnız birgə səylərlə gəlmək olar.

Xəbəri paylaş: