Azərbaycanda bələdiyyə seçkiləri başladı

23.12.2019 Off By admin

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Bələdiyyə seçkiləri 118 dairədən 5049 məntəqəni əhatə edəcək. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir.

Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Min məntəqədə veb kameralar quraşdırılıb.

Xəbəri paylaş: