Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb

20.01.2020 Off By admin

2019-cu ildə Azərbaycanda dəmir yolu ilə 3,2 milyard dollar məbləğində yükdaşımalar həyata keçirilib. Bu göstərici 2018-ci illə müqayisədə 5,3 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə dəmiryol nəqliyyatı ilə yükdaşımaları təxminən 7,6 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13 faiz çoxdur.

Dəmiryolu ilə ixrac yükdaşımalarının həcmi 2,32 milyon ton (0,14 faiz artım), məbləği isə 710 milyon dollar (13,8 faiz azalma) təşkil edib.

2019-cu ildə dəmiryolu ilə idxal yükdaşımalarının isə həcmi 5,25 milyon ton (19,7 faiz artım), məbləği isə 2,5 milyard dollar (12,45 faiz azalma) təşkil edib.

Xəbəri paylaş: