Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı – 2 nəfər öldü

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı – 2 nəfər öldü

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan verilən məlumata görə, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbəri paylaş: