Azərbaycanda kabel televiziyasına qoşulmaların sayı ötən il 20%-dək artıb

Azərbaycanda kabel televiziyasına qoşulmaların sayı ötən il 20%-dək artıb

16.09.2020

“Hakimiyyet.com” xəbər verir ki,

2019-cu ildə Azərbaycanda kabel televiziyası qoşulmaların sayı 2018-ci ilə nisbətən 19,6% artaraq 232 477 vahid təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan dövrdə ölkə üzrə radio-televiziya stansiyalarının sayı 50 vahid artaraq 176 ədədə çatıb. Ötən il ərzində televiziya vericilərinin sayı 32 vahid artaraq 243-ə çatıb, radio vericilərinin sayı isə 4 vahid azalaraq 118-ə enib.

Hesabat ilində televiziya məkanında kanallarının sayı 1 vahid artaraq 24-ə, radio kanalların sayı isə 2 vahid artaraq 16-ya çatıb.

Ölkə üzrə televiziya və radio efirinin əhatə dairəsi bu ilin yanvar ayının 1-nə müvafiq olaraq 99,8% və 99,6% olub.

Xəbəri paylaş: