Azərbaycanda mobil və sabit internetin sürəti artıb

Azərbaycanda mobil və sabit internetin sürəti artıb

16.09.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin avqust ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 32,99 Mbit/s-ə təşkil edib.

APA-Economics” “Ookla”nın “Speedtest Global Index”inə istinadən verdiyi məlumata görə, bu göstərici iyul ayı ilə müqayisədə 6,4% artıb.

Avqustda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyul ayının göstəricisi ilə müqayisədə 7,6% artaraq 14,85 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 34,82 Mbit/s və 10,99 Mbit/s təşkil edib.

Avqust ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında 4 pillə irəliləyərək 60-cı yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (113,01 Mbit/s), Çin (111,26 Mbit/s) və BƏƏ (111,13 Mbit/s) daxil olub.

Reytinqə əsasən, avqust ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 22,29 Mbit/s, çıxış sürəti isə 23,48 Mbit/s təşkil edib. Bu göstəricilər iyul ayı ilə müqayisədə müvafiq olaraq 5 və 2,6% artıb.

Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan avqust ayının yekunlarına görə 3 pillə irəliləyərək 111-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (218,07 Mbit/s), Honkonq (205,69 Mbit/s) və Rumıniya (175,39 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 84,33 Mbit/s və 44,10 Mbit/s olub.

Xəbəri paylaş: