Azərbaycanda mobil və stasionar rabitə abunəçilərinin sayı artıb

Azərbaycanda mobil və stasionar rabitə abunəçilərinin sayı artıb

16.09.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

2019-cu ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 2018-ci ilə nisbətən 4% artaraq bu ilin yanvarın 1-nə 10 750,3 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2019-cu ilin yekunlarına əsasən, ölkə üzrə əhalinin hər 100 nəfərinə 109 ədəd mobil telefon nömrəsi düşüb. Bu göstərici 2018-ci ildə 105-ə bərbər olub.

Hesabat dövründə sabit şəbəkə telefon nömrələrinin sayı 2,5% artaraq 1 499,9 minə çatıb. Mənzillərdə olan stasionar telefonlarının sayı 3,5% artaraq 2019-cu ilin sonuna 1 356,4 min ədəd təşkil edib.

Əhalinin hər 100 nəfərinə 15 ədəd ümumi istifadə olan sabit telefonları düşüb ki, bu göstərici 2018-ci ilin göstəricisinin səviyyəsində qalıb. Ötən il ölkə üzrə hər 100 ailəyə 63 sabit şəbəkə telefon nömrəsi düşüb. Bu göstərici 2018-ci ildə 62-yə bərabər idi.

İnternet (ADSL və HDSL) qoşulmalarının sayı 2019-cu ildə 15,5% artaraq bu ilin yanvarın 1-nə 860 950 ədəd təşkil edib.